Şərur rayonunun Ərəbyengicə kəndi müasir və abad yaşayış məntəqəsinə çevrilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edib.
Ərəbyengicə kəndində yeni məktəb binası istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-də Ərəbyengicə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, müasir layihə əsasında tikilən 3 mərtəbəli məktəb binasında lazımi tədris şəraiti yaradılıb. 208 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 17 kompüterin quraşdırıldığı kompüter otağı, müəllimlər otağı, 2710 kitab fonduna malik kitabxana və idman zalı vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
Ali Məclisin Sədri kitabxanada, kompüter otağında, hərbi kabinədə, laboratoriyalarda, idman zalında və şahmat sinfində olub, birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb, elektron lövhəli sinifdə 209 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi arasında keçirilən distant dərsi izləyib.
Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, şagirdlərin hərb sənətinə marağı böyükdür. Ötən il bu məktəbi bitirən məzunlardan biri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunub. Bu il isə iki şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir.
Ali Məclisin Sədri elektron dərsliklərdən və internetdən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, kitab mütaliəsinə marağın artırılması və idman dərslərinin keçirilməsinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllimləri təbrik edərək deyib: Ərəbyengicə kənd tam orta məktəbi müasir tədrisin tələblərinə uyğun qurulub. Məktəb daim öz nailiyyətləri ilə fərqlənib. Ötən tədris ilində məktəbi bitirən hər iki məzun ali məktəblərə qəbul olmuş, onlardan biri 500-700 intervalında bal toplamışdır. Bu da məktəbdə tədrisin və təlim-tərbiyənin düzgün təşkil olunmasının nəticəsidir.
Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri deyib: Müasir məktəb binasının istifadəyə verilməsi uğurların daha da artmasına imkan verəcək, məktəbi bitirən hər bir gənc öz istəyinə uyğun peşə sahibi olacaqdır. Çünki məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir, intizam var, tədris müəllim tələbkarlığı və şagird çalışqanlığı üzərində qurulub. Məqsəd ondan ibarətdir ki, gənclərimiz dövlətimizin yaratdığı bu şəraitdən istifadə edərək özlərinə düzgün həyat yolu seçsinlər, peşə öyrənsinlər. Bu gün ölkəmizdə orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə hərtərəfli tədris şəraiti vardır. Eyni zamanda dövlətimiz tərəfindən yaxşı oxuyan gənclərin xaricdə təhsil alması üçün də şərait yaradılmışdır.
Ali Məclisin Sədri deyib: Ölkəmizdə məktəb işinə və müəllim peşəsinə yüksək qiymət verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır”. Bu gün ölkəmizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır.
Ali Məclisin Sədri məktəbin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Gənc müəllim Sahabcan Səfərova deyib ki, müasir tədris avadanlıqları ilə təchiz olunmuş məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Bu gün muxtar respublikamızda bütün sahələrdə uğurlar qazanılır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionlarının reytinq siyahısında lider olması bunu bir daha təsdiq edir. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi bizi qürurlandırır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Sahabcan Səfərova yaradılan şəraitə görə məktəbin kollektivi və gənclər adından minnətdarlıq edib, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklərinə söz verib.
Ali Məclisin Sədri Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsində aktiv iştirak edən bütün muxtar respublika gənclərinə təşəkkürünü bildirib və onları təbrik edib. Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, bufet və açıq idman qurğuları istifadəyə verilib.
Ərəbyengicə kənd mərkəzinin açılışı olub
Fevralın 1-də Ərəbyengicə kənd mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanıb.
Bildirilib ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı və 56 yerlik zal yerləşir. Kitabxana fondunda 3117 kitab vardır. Burada elektron kataloq sistemi tərtib olunub, ədəbiyyatlar dövrləşməyə uyğun yığılıb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
Yeni Azərbaycan Partiyası Ərəbyengicə kənd ərazi ilk təşkilatının 131 üzvü vardır. Onlardan 29-u gənc, 42-si isə qadındır. Rabitə evində 288 yerlik yeni nəsil ATS quraşdırılıb, poçt bölməsi fəaliyyətə başlayıb. Kəndə fiberoptik kabel xəttinin çəkilməsi internetə çıxış imkanlarını yaxşılaşdırıb. Hazırda kənddə 36 internet istifadəçisi vardır.
Ali Məclisin Sədri kənddə əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb. Ərəbyengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüsal Kərimov məlumat verib ki, kənddə əkinçiliyin və heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Hər il sahələrdən bol taxıl, qarğıdalı və bostan-tərəvəz məhsulları yığılır. Yaradılan şərait ailə təsərrüfatlarının inkişafı üçün də geniş imkanlar açıb.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, statistik qeydiyyatların dəqiq aparılması, bütün növ ödənişlərin poçt vasitəsilə həyata keçirilməsi barədə tapşırıqlar verib. Kənd mərkəzinin həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb.
Ərəbyengicədə həkim ambulatoriyası fəaliyyətə başlayıb
Ərəbyengicə kəndində yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsində sakinlərə hərtərəfli tibbi xidmət göstərilir.
Fevralın 1-də Ərəbyengicə kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, ambulatoriya 11 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı və aptekdən ibarətdir. Otaqlarda stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, peyvənd və təcili yardım çantaları, eləcə də digər tibbi avadanlıqlar qoyulub, fizioterapiya kabinəsi yaradılıb. Kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və SOLYUKS lampası qoyulub.
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaradılan səhiyyə maarifi mərkəzində maarifləndirici stendlər, müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları qoyulub. Bildirilib ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi zamanı bütün həkim ambulatoriyalarında bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.
Ali Məclisin Sədri səhiyyə maarifi mərkəzində qəbul həkiminin fəaliyyəti üçün lazımi şəraitin yaradılması və tibbi avadanlıqların qoyulması barədə tapşırıqlar verib.
Xidmət mərkəzində 6 iş yeri yaradılıb
Həmin gün Ərəbyengicə kəndində xidmət mərkəzi də istifadəyə verilib. Ali Məclisin Sədri mərkəzin açılışını etdikdən sonra burada yaradılan şəraitlə maraqlanıb.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar yerləşir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ərzaq mağazasında ailə təsərrüfatı məhsullarından ibarət ayrıca satış bölməsi yaradılıb. Bərbər və qadın saç ustası peşə məktəbində oxuyaraq müvafiq sertifikat alıblar.
Sonra sakinlərlə görüş olub.
Ali Məclisin Sədri Ərəbyengicə kəndinin abad kəndlərin sırasına daxil olması münasibətilə sakinləri təbrik edərək deyib: Quruculuq işlərindən sonra Ərəbyengicə müasir Azərbaycan kəndinə çevrilmişdir. Bu gün kəndlərin abadlaşması rayonların, rayonların abadlaşması isə ölkəmizin abadlaşması və inkişafı deməkdir. Kəndlərdə görülən bu işlər insanların rahatlığının təmin olunmasına hesablanıb. Uşaqlar müasir məktəbdə təhsil alacaq, dövlət qurumları lazımi şəraiti olan binada fəaliyyət göstərəcək, sakinlərə hərtərəfli xidmət göstəriləcəkdir. Bütün bunlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Ölkəmiz inkişaf etdikcə bu inkişafdan onun hər bir kəndinə, şəhərinə pay düşür, yaşayış məntəqələrində quruculuq, abadlıq işləri aparılır.
Ali Məclisin Sədri deyib: Ərəbyengicə muxtar respublikamızın məhsuldar torpaqlara və zəhmətkeş insanlara malik olan kəndidir. Kənddə əkinçilik, heyvandarlıq və maldarlıq inkişaf etdirilir. Bu gün kəndə dayanıqlı elektrik enerjisi və təbii qaz verilir, yaşıllıqların sahəsi artır. Suvarma suyuna olan tələbat tamamilə ödənilir. Sakinlər dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarını genişləndirir, yeni evlər tikirlər, məskunlaşma artır.
Ali Məclisin Sədri bundan sonra da kəndin imkanlarından səmərəli istifadə olunacağına əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb.
Kənd sakinləri adından minnətdarlıq edən Səfər Ramazanov deyib: Bu gün Ərəbyengicə kənd sakinlərinin istifadəsinə abad yaşayış məntəqəsi verilir. Aparılan quruculuq işlərindən sonra kəndimiz qəsəbə görkəmi alıb. Yollarımız abadlaşıb, asfalt örtüyü salınıb. Yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi kəndimizin simasını tanınmaz dərəcədə dəyişib. Dayanıqlı elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları insanları qayğılardan azad edib. Ərəbyengicə kəndində sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənd camaatı zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapıb. Heç bir çətinliyimiz yoxdur. Bir məsələni də qeyd edim ki, quruculuq, abadlıq, inkişaf muxtar respublikanın hər bir yaşayış məntəqəsini əhatə edib. Naxçıvana gələn qonaqlar şəhərlərimizin, kəndlərimizin inkişafını görəndə öz təəccüblərini gizlədə bilmirlər. Bu isə bizi daha çox sevindirir, qurub yaratmaq əzmimizi artırır. Söz veririk ki, bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, qurulanları qoruyub saxlayacağıq.
X X X
Ərəbyengicə kəndində yol infrastrukturu da tamamilə yenidən qurulub. Belə ki, 10,8 kilometr yola asfalt örtük salınıb, 6,7 kilometr yol isə hamarlanaraq qum-çınqıl qatı verilib. Yolun üzərində 25 su keçidi qoyulub, 280 metrlik beton kanal çəkilib. Rabitə sistemi də müasirləşdirilib, 800 metr fiberoptik kabel xətti çəkilib, 9 kilometrə yaxın rabitə xətləri təmir olunub. Kənddə 500 metrlik elektrik və 384 metrlik yeni qaz xətləri də çəkilib, mövcud elektrik və qaz xətlərində bərpa işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



