İsrail hökuməti BMT-ni saymır

İsrail Qəzzanı blokada da saxlamaqda davam edir. Belə ki, İsrail hökuməti BMT-nin təşkilatçılığı ilə dörd yeni məktəbin tikintisi üçün tikinti materillarını Qəzza bölgəsinə buraxmaqdan imtina edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail BMT-nin fələstinli qaçqınlara yardım agentliyinin məktəblərinin yaradılmasına mane olur.

 

BMT-nin Qəzzadakı rəsmi nümayəndəsi Adnan Əbul Həsna bildirib ki, rəsmi Təl-Əviv qəbuledilməz bəhanələrlə tikinti materiallarını muxtariyyət ərazisinə buraxmır.

 

İsrail tərəfi BMT-nin agentliyinə verilən imtina cavabını onunla əsaslandırıblar ki, yeni inşa ediləcək məktəblər HƏMAS-ın təlim bazaları ilə qonşuluqda yerləşir.

 

Hazırda BMT nümayəndələri İsrail rəhbərliyi ilə danışıqları davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə