MSK sədri səfirlə görüşüb FOTOLAR

MSK sədri səfirlə görüşüb FOTOLAR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb. SİA-nın verdiyi məlumata görə, qonağı səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. MSK sədri bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Rodrigo Labardini öz ölkəsindəki seçki prosesi haqqında ətraflı məlumat verərək Azərbaycanda keçirilən seçkilərlə maraqlanıb. Meksikalı diplomatın suallarını cavablandıran sədr Məzahir Pənahov ölkəmizin seçki sistemi haqqında əhatəli danışıb. MSK sədri həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar MSK artıq seçki hazırlıqlarına başlayıb, ilkin mərhələdə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə bir sıra irimiqyaslı layihələr üzərində də iş aparılır.

Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə