Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 24-də saat 23.25-dən 23.30-dək, 24.40-dan 24.45-dək və oktyabrın 25-də saat 00.20-dən 00.30-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən saat 00.35-dən 00.40-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqeləri istiqamətində də atəşkəsi pozub.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB