"AXC-nin 100 illiyi ilə bağlı medal təsis edilsin" TƏKLİF

"AXC-nin 100 illiyi ilə bağlı medal təsis edilsin" TƏKLİF

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Azərbaycan Parlamentinin və AXC-nin 100 illiyi münasibətilə medalın təsis edilməsini təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən T.Kərimli deyib ki, bu addım Cümhuriyyət qurucularına qarşı sayğı kimi qiymətləndirilə bilər.

"Bu il Azərbaycan tarixində bir çox əlamətdar haidəslərlə yadda qalacaq. Azərbaycan Xalq Cümhuriyyətinin, Soyqırımının, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi tamam olur. Hesab edirəm ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleks də yaradıla bilər. Belə bir kompleksin yaradılması zəruri olar. Bu muzey də, məqbərə də ola bilər. Bundan əlavə dini şəxslərlə danışıb xaricdə dəfn olunan AXC qurucularının nəşinin vətənə gətirilməsi məsələsi də ola bilər. Bu çox vacib olar. Bundan əlavə təklif edərdim ki, AXC-nin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilsin”.

T.Kərimli bu il azərbaycanlıların soyqırımının 100 illiyinin tamam olmasına da toxunub: "Hesab edirəm ki, bununla bağlı da müəyyən işlər görülsün. Bizim öz torpaqlarımızda 100-200 il bundan əvvəl də vətəndaşlarımızın başına belə hadisələr gətirilib. Bununla bağlı da böyük kompleks yaradılsın. İnsanlarımız da rahat bir şəkildə həmin kompleksi ziyarət edə bilsinlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə