Milli Məclisin yaz sessiyasının ilk plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclası Milli Məclisin spikeri Oqtay Əsədov açıq elan edib.
İclasda Dövlət Himni səsləndirilib.
Payız sessiyasının yekunları haqqında məlumat verən spiker bildirib ki, Milli Məclis yaz sessiyasında da öz işinə davam edəcək və Ölkə başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını daha möhkəm təmin edəcək.
Spiker qeyd edib ki, Milli Məclis yaz sessiyası AXC ilinin 100 iliiyi münsaibətilə geniş tədbir keçirməyi nəzərdə tutub: “Bu tədbirin iyun ayının 8-də keçirilməsi planlaşdırılır. Bundan başqa sessiya dövründə Hökumətin, Ombudsmanın hesabatı, eləcə də Hesablama Palatasının məruzəsi dinləniləcək. Yaz sessiyasında hər birinizə uğurlar arzu edirəm”.
Qeyd edək ki, bu gün keçirilən iclasın gündəliyinə 15 qanun layihəsi daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB