İşağlçı ölkənin ac-yalavac xalqı ANALİTİKA

İşağlçı ölkənin ac-yalavac xalqı ANALİTİKA

Bu ilin sonuna kimi, Ermənistanda vətəndaşların həyat səviyyəsinin daha da azalacağı gözlənilir

Erməni iqtisadçısı Artak Manukyan hesab edir ki, 2018-ci ilin sonuna kimi, Ermənistan vətəndaşlarının həyat səviyyəsi daha da ağırlaşacaq və bu reallıq nəticə etibarilə social partlayışla müşahidə olunacaq. SİA xəbər verir ki, iqtisadçı bu fikirlərini tert.am saytına açıqlayıb. Onun fikrincə, bunun səbəblərindən biri də ötən ilin sonlarından başlayaraq, ərzaq məhsullarının qiymətinin durmadan artmasıdır.

İqtisadçı Artak Manukyan: “Ermənistanda bu ilin dövlət büdcəsində təqaüd, müavinət və ya əmək haqqının artırılması nəzərdə tutulmur”

Manukyana görə, hazırda Serj Sarkisyan siyasi mövqeyini qoruyub-saxlamaqdan ötrü ətrafında ona xəyanət edə biləcək şəxsləri özündən uzaqlaşdırmaqla məşğuldur və hazırda nə onu, hə də hakimiyyətin ona yaxın çevrələrini xalqın vəziyyəti maraqlandırmır. “Uzağı siyasi xal toplamaq üçün pafoslu çıxışlar, çağırışlar ola bilər, ancaq reallığa qalanda bunların heç biri həyata keçirilməmiş qalacaq”-deyə erməni iqtisadçısı bildirib. A.Manukyan onu qeyd edib ki, Ermənistan vətəndaşlarının rifahı üçün cəhdlərin edilməməsini pensiya və əməkhaqlarının artırılmaması da göstərir: “Ermənistanda bu ilin dövlət büdcəsində təqaüd, müavinət və ya əmək haqqının artırılması nəzərdə tutulmur. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub”.

Onu da qeyd edək ki, təqaüdçülər də deyirlər ki, ölkədə vəziyyət onsuz da ağırdır. Gənclər Ermənistanı tərk edib xaricə getməyə üstünlük verirlər. Ölkə yaşlıların ümüdünə qalıb. Onların isə qayğıları ilə maraqlanan yoxdur.

İqtisadı Qaqik Makaryan: “Ermənistanda təqaüd və maaşlar deyil, vergilər və malların qiyməti artacaq”

Digər erməni iqtisadçısı Qaqik Makaryan da həmkarı kimi sosial partlayışın astanada olduğunu bildirib və Ermənistanda kütləvi vətəndaş itaətsizliyinin yaranacağı ehtimalının maksimum həddə olduğunu deyib: “Etirazlar gözləniləndir. Çünki, ölkədə əmək haqarı və təqaüdlər ilədən-ilə artan kommunal xidmətlər və ərzaq məhsullarına adekvat deyil. Yaxın bir ildə də Ermənistanda təqaüd və maaşlar deyil, vergilər və malların qiyməti artacaq. Hökumət 2018-ci ildə növbəti inflyasiya dalğasını da proqnozlaşdırır. Deməli ölkədə hökm sürən ağır sosial-iqtisadi vəziyyət bir qədər də dərinləşəcək”.

Maraqlıdır ki, bəzi hallarda ölkədəki ağır və böhranlı durumu Serj Sarkisyanın nazirləri də etiraf etməli olurlar. Misal üçün, maliyyə naziri Vardan Aramyan televiziyaların birinə verdiyi müsahibəsində təqaüd və maaşlarda artımın olmamasını büdcədə vəsait çatışmazlığı ilə əlaqələndirib.

Serj Sarkisyan maliyyə naziri Vardan Aramyanı niyə istefaya göndərə bilər?

Nazirin bu kimi aşkar çıxışı hakimiyyətin yüksək eşalonunun narazılığına səbəb olub və gözlənilir ki, yaxın günlərdə prezident Serj Sarkisyan Vardan Aramyanı istefaya göndərsin. Çünki hökümət nümayəndələrinin bədbin açıqlamaları təqaüdçülərin etirazına səbə olub. Hazırda isə vətəndaşları bir sual maraqlandır. Ölkə əhalisi ildən-ilə geriləyən büdcədən nə vaxta kimi əziyyət çəkəcək? Xalaq bundan sonra nə zamana qədər ac-yalavac qalaraq, hakimiyyətin yalan vədlərinə qulaq asmalı olacaq? Çünki yoxsul və ac erməni xalqı artıq Ermənistanda yaxşı gələcəkdən məhrum olduqlarını, ömürlərinin isə səfalət içində başa vuracaqlarını necə deyərlər, gözə alıblar.

Bütün bunların təhlilini apararkən, bu il işğalçı ölkədə keçirilən seçkilərin nəticələrindən asılı olmayaraq, vəziyyətin kritik şəkildə dəyişəcəyini ehtimal etmək olar. Çünki xalqın başqa çıxış yolu da qalmayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə