“Türkiyə Afrin əməliyyatında işğal məntiqi ilə hərəkət etmir”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım bildirib.
Yıldırım Fransa prezidenti Emmanuel Makronun “Afrin əməliyyatı işğala çevrilməməlidir” açıqlamasına münasibət bildirib: “Makron düzgün düşünmür. Bizim Afrində nə etmək istədiyimizi anlamaq üçün Fərat qalxanı əməliyyatına baxmaq lazımdır. Türkiyə terror təhlükəsinə qarşı əlindən gələni edəcəkdir. Bu əməliyyatarla Suriya və İraqda terror dəhlizi yaradılmasının qarşısı alınacaq”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB