Rusiyanın erməni əsilli deputatına qarşı cinayət işi qaldırılacaq

Rusiyanın erməni əsilli deputatına qarşı cinayət işi qaldırılacaq

Rusiya Dövlət Duması deputat Aşot Yegiazaryan haqqında cinayət işi qaldırılması barədə ölkənin baş prokurorunun birinci müavini, istintaq komitəsinin sədri Aleksandr Bastrıkin tərəfindən göndərilmiş təqdimatla əlaqədar öz razılığını verib.

SİA-nın məlumatına görə, beləliklə də, Dövlət Dumasında presedent yaranıb: deputatların əksəriyyəti Liberal-Demokrat Partiyasından olan erməni Aşot Yegiazaryanın cinayət məsuliyyətinə cəlb edilməsinə razılıqlarını bildiriblər.

Aşot dələduzluqda ittiham edilir. O, biznesmenlər Mixail Ananyev və Vitali Smagini aldatmaq yolu ilə onlardan 2 milyard rubldan çox, təxminən 70 milyon dollar pul qoparıb. İstintaq yoxlaması zamanı bunların həqiqətə uyğun olması barədə kifayət qədər məlumatlar toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə