Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistan Rusiyaya satılan təbii qazın həcmini artırmaq niyyətindədir"

Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistan Rusiyaya satılan təbii qazın həcmini artırmaq niyyətindədir"

Rusiya Prezidenti Dmitri Medvedev Türkmənistanda səfərdə olmuş, bu ölkənin dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla görüşündə ölkələr arasında ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, Türkmənbaşı və Həştərxanda ticarət-nəqliyyat infrastrukturlarının, Aşqabadda və Moskvada birgə ticarət evlərinin yaradılması və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

SİA-nın məlumatına görə, görüşdə Dmitri Medvedev bildirib ki, təbii qaz və elektroenergetika sahələrində əlaqələrin dərinləşdirilməsi əməkdaşlığımızın mühüm istiqamətini təşkil edir və biz gələcəkdə də bu istiqamətdə işimizi davam etdirəcəyik.

Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Rusiya Türkmənistanın strateji tərəfdaşıdır və ölkəmiz Rusiyaya satılan təbii qazın həcmini artırmaq niyyətindədir.

Tərəflər 2011-ci ildə Türklmənbaşı şəhərində yeni texnologiyalar və energetika məsələləri ilə əlaqədar elmi-innovasiya Forumunun keçirilməsi ilə bağlı razılıq əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə