Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş şikayətlərə baxılıb.
Ümumilikdə 7 müraciətə baxıldıqdan sonar müvafiq qərarlar qəbul olunub. Belə ki, müraciətlərdən 4-ü baxılmaq üçün dairə seçki komissiyasına göndərilib, 2-i əsassız hesab edilib, 1-nin baxılma müddəti isə uzadılıb.
M.Pənahov daha sonra seçkiləri izləyəcək müşahidəçilərlə bağlı məlumat verib. O, bildirib ki, MSK-da indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 581-dir. M.Pənahov indiyədək ölkə ərazisində müşahidə aparmaq üçün 1655, konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 17633 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib.
Təbliğat-təşviqat kampaniyasının namizədlər tərəfindən düzgün aparılmaması ilə bağlı müraciətlərin artdığını qeyd edən MSK sədri bildirib ki, deputatlığa namizədlər qanunla müəyyənləşən yerlərdə seçicilərlə görüşlərini keçirilməlidir: "Namizədi namizədliyinin qeydiyyatının ləğvi məsələsinə aparıb çıxaran proseslərdən çəkinməyə çağırıram. Namizədlər qanunla müəyyən olunmuş yerlərdə təbliğat kampaniyasını aparmalıdırlar. Onlar az sayda seçicilərlə görüşlər keçirsələr belə, qanunvericiliyə əməl olunmalıdır. Namizədlər başa düşməlidir ki, məsuliyyət onların üzərinə düşür. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının mövqeyi namizədlərin diqqətinə çatdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB