Daha iki kənd terrorçulardan azad olunub

Daha iki kənd terrorçulardan azad olunub

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində icra etdiyi "Zeytun budağı" əməliyyatında Süleyman Halil və Sati Şaği kəndi terrorçulardan azad olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrinin qərbindəki strateji yüksəklikdə atışma zamanı 15 terrorçu zərərsizləşdirilib.

Beləcə əməliyyatın 11-ci günündə Afrində 17 kənd, 6 qəsəbə və 5 strateji təpə daxil olmaqla 23 hədəd ələ keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə