Avropa İttifaqının yaxın 10 ildə Azərbaycanı üzvlüyə dəvət etmək fikri yoxdur

Avropa İttifaqının yaxın 10 ildə Azərbaycanı üzvlüyə dəvət etmək fikri yoxdur

Avropa İttifaqının (Aİ) yaxın 10 ildə postsovet ölkələrini üzvlüyə dəvət edəcəyi ehtimal olunmur. SİA-nın Aİ-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Polşa və İsveçin xarici işlər nazirləri Radoslav Sikorski və Karl Bildtin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Ketrin Eşton və Aİ-nin Genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füleyə ünvanlandıqları məktubda deyilir.

 

Nazirlər hesab edirlər ki, Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan dövlətlər üçün genişlənmək perspektivləri təqdim etməlidir: "Çünki Aİ-yə üzv olmaq üçün Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus dövlətləri Avropa qaydalarını qəbul etməli, mövcud qanunvericilik bazalarını Aİ-nin standartlarına uyğunlaşdırmalı, vizasız rejimin tətbiqi və azad ticarəti zonasının yaradılması istiqamətində addımlar atmalıdır, həmçinin hərbi, miqrasiya və digər sahələrdə həyata keçirilən layihələrdə iştirak etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə