Erməni ekspert: “Rusiya bu görüşü təşkil etməklə danışıqlardakı əhəmiyyətli rolunu göstərmək istəyir” - MÖVQE

Erməni ekspert: “Rusiya bu görüşü təşkil etməklə danışıqlardakı əhəmiyyətli rolunu göstərmək istəyir” - MÖVQE

"Ermənistan, Azərbaycan və Rusiya dövlət başçılarının Dmitri Medvedevin təşəbbüsü ilə Həştərxanda keçiriləcəyi nəzərdə tutulan görüşü danışıqlar prosesində müşahidə olunan gərginlikdən yaranıb". SİA-nın verdiyi məlumata görə, bu sözləri Erməni İnqilabçı Federasiyasının erməni iddiası və siyasi məsələlər ofisinin rəhbəri Kiro Manoyan deyib. O, bu gərginliyin Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin münaqişə ilə bağlı səsləndirdiyi son bəyanatlarında da göründüyünü söyləyib.

 

Siyasi ekspert hesab edir ki, Rusiya bu görüşü təşkil etməklə danışıqlardakı əhəmiyyətli rolunu göstərmək istəyir. K.Manoyanın fikrincə, Rusiya görüşlə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin də razılığını alıb. Ekspert Həştərxanda Dağlıq Qarabağ probleminin həll edilməsi üçün tərəflərə yeni təkliflərin edilmə ehtimalının az olduğu qənaətindədir.

 

Qeyd edək ki, Medvedev-Sarkisyan-Əliyev üçtərəfli görüşü 27 Oktyabr 2010-cu il tarixində Rusiyanın Həştərxan şəhərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə