“Qarayaxma kampaniyası ilə bağlı “Beyin Mərkəzi” yaradılmalıdır” MÖVQE
“Son 10 ildə mən olkəmizə qarşı beynəlxalq səviyyədə aparılan qarayaxma, nüfuzdansalma proseslərinin içindəyəm. Artıq hər kəsə bəllidir ki, bu proseslər bir mərkəzdən, bir təşkilat tərəfindən idarə olunur”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu kampaniyalar ölkəmizdə baş verən hər hansı ictimai siyasi hadisələr öncəsi baş verir: “Çox təəssüfki bu il də biz eyni proseslərlə üz-üzə qalmışıq. Bu proseslər birmənalı şəkildə erməni lobbisi və güclü Azərbaycanı qəbul etməyən bəzi qurumlar tərəfindən həyata keçirilir. Çox təəssüflə qeyd edim ki, proses olduqca peşakar şəkildə aparılır. Bu çirkin oyunda sapı özümüzdən olan baltalardan da istifadə olunur. Hər il gücümüz artdıqca bu basqılar da intensivləşəcək. Biz əslində daha illər öncə ən yüksək səviyyədə təlimatlanmiş, İKT bilikləri təkmil olan, sosial media ilə peşəkar davranan, onu təqib, analiz edə bilən gənclərdən ibarət Beyin mərkəzi yaratmalı idik. Bütün dünyada bu və ya digər adda belə bir mərkəz var. Bu mərkəz həm beynəlxalq təşkilatlarda ölkəmizi təmsil etməli, informasiya savaşında fəal olmalı idi. Bir çox proseslərlə bağlı proqnozlar verməli və hər il öz işini təkmilləşdirməli idi. Bu təklifi mən ilk dəfə 2009-cu ildə səsləndirmişdim. Düzdür, bugün ayrı-ayrılıqda QHT-lər, gənclər təşkilatları fəal mövqe nümayiş etdirirlər. Lakin bu dayanıqlı və inkişaf meyilli deyil. Müvəqqəti proseslərə müdaxilədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB