Millət vəkili: “Avroatlantik məkana inteqrasiya edən Azərbaycan üçün dost Almaniya həmişə Avropaya açılan qapıdır”
Milli Məclisin Azərbaycan – Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının deputatı Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı işçi qrupun üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, ölkəmizin Almaniya ilə tarixi əlaqələri mövcuddur.
Bildirilib ki, Avroatlantik məkana inteqrasiya edən Azərbaycan üçün dost Almaniya həmişə Avropaya açılan qapıdır. Rövşən Rzayev 2008-ci ilin Almaniyada "Azərbaycan ili" kimi qeyd olunması, ötən il Göygöl rayonunda almanların məskunlaşmasının 190 illiyi ilə bağlı keçirilən genişmiqyaslı yubiley tədbirləri barədə söhbət açıb.
Şteffen-Klaudio Lemme səmimi görüş üçün Azərbaycanlı həmkarlarına dərin minnətdarlığını ifadə edib. Bakının çox gözəl bir şəhər kimi heç bir Avropa ölkəsi paytaxtından geri qalmadığını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Azərbaycan – Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Fəttah Heydərov və Adil Əliyev ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri barədə öz fikirlərini açıqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB