Tramp Avropa İttifaqını tənqid etdi

Tramp Avropa İttifaqını tənqid etdi

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə bir çox məsələlərdə problemin olduğunu bəyan edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Donald Tramp bu problemin əsasən ticarətlə bağlı olduğunu bildirib.

D. Tramp deyib ki, Brüssel ticarət məsələsində Vaşinqtona qarşı haqsızlıq edir: "ABŞ mallarının Avropa İttifaqı bazarına daxil olması çox mürəkkəb prosedurlardan keçir. Ancaq Avropa İttifaqı öz mallarını vergisiz, çox kiçik vergi müqabilində ABŞ-a göndərir. Bu, haqsız yanaşmadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə