İtaliyada qısa geyimlərə məhdudiyyət qoyulacaq. SİA-nın verdiyi xəbərə görə, bu qadağa Neapolun yaxınlığındakı Kastellammare di Stabiya şəhərində tətbiq olunacaq. Belə ki, 41 maddədən ibarət qadağalar siyahısı Kastellammare di Stabiyada bələdiyyə məclisində qəbul olunacaq. Mərkəz sağçı düşüncəyə sahib bələdiyyə sədri Luici Bobbio bununla şəhər əxlaqını yenidən təsis etməyi və birgə yaşamaq qaydalarını inkişaf etdirmək istədiklərini deyib.
Oktyabrın 25-də bələdiyyə məclisində səsverməyə çıxarılacaq qaydalar qəbul edilərsə buna riayət etməyənləri 25 ilə 500 avro arasında cərimə gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB