"İsrail sülh arzusunda deyil, dünyanı aldatmağa çalışır"

"İsrail sülh arzusunda deyil, dünyanı aldatmağa çalışır"

Venesuela prezidenti Uqo Çaves Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Suriyada olub. Çaves Suriya prezidenti Bəşər Əsədlə görüşüb. İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirib.

SİA-nın məlumatına görə, Çaves ədalətli dünya düzəninə yaxın bir neçə ildə nail olunacağını söyləyib və "beləliklə, təzyiq və əmrə əsaslanan köhnə düzən unudulacaq" deyə əlavə edib.

Ev sahibi Bəşər Əsəd isə mövcud düzəni xaos kimi dəyərləndirərək dünyanın ədalət və dəyərlər əvəzinə güclə idarə edildiyini deyib. Yaxın Şərqdəki prosesləri də dəyərləndirən Əsəd İsrailin sülh arzusunda olmadığını, dünyanı aldatmağa çalışdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə