Həlli uzanmış münaqişələr müzakirə edilib

Həlli uzanmış münaqişələr müzakirə edilib

ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli və Avstriya Parlamentinin sədri Volfqanq Sobotka ATƏT məkanında həlli uzanmış münaqişələri müzakirə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ATƏT məkanında olan problemlərə barədə danışıqlar zamanı tərəflər Cənubi Qafqazda həlli uzanmış münaqişələri, eləcə də humanitar, miqrasiya və terrorizm məsələlərini müzakirə ediblər.

Tsereteli görüşdə ATƏT parlamentarilərinin bu sahədə apardıqları işlər barədə də danışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə