Ərdoğan millət vəkilimizə təşəkkür etdi

Ərdoğan millət vəkilimizə təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə, Azərbaycanın millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, "Zeytun budağı" yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır: "Türkiyənin Afrin əməliyyatının hədəfi sadəcə terrorçular, terror təşkilatlarıdır. Bunu Avropa Parlamentində bu əməliyyatı işğal kimi göstərmək istəyənlərə söyləyirəm. Azərbaycanın millət vəkili Səməd Seyidova da qətiyyətli davranışına görə təşəkkür edirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə