Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş iki günlük simpozium keçiriləcək

Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş iki günlük simpozium keçiriləcək

23-24 Oktyabr 2010-cu il tarixlərində Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş iki günlük simpozium keçiriləcəkdir. SİA-nın məlumatına görə, Respublika Perenatal Mərkəzdə təşkil olunacaq simpoziumda yerli mütəxəssislərlə yanaşı Amerikanın tanınmış alimi, Kolumbiya Universitetinin professoru, Nyu-York xəstəxanasının Neonotal və perenatal mərkəzinin direktoru Ricard Polin və Gratz Tibb Universitetinin Neonatologiya kafedrasının dosenti Reinhold Kerbl da iştirak edəcək.

Qonaqlar geniş həkim auditoriyası qarşısında çıxış edəcək, öz təcrübələri və təbabətin müxtəlif sahələrindəki yeniliklərlə bölüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə