Azərbaycanlı alim beynəlxalq simpoziumda iştirak edib

Azərbaycanlı alim beynəlxalq simpoziumda iştirak edib
Almaniyanın Hannover şəhərində "Bitkilərin mineral qidalanmasının genetikası" üzrə beynəlxalq simpozium keçiriliib. SİA-nın xəbərinə görə, bu tədbirdə Almaniyanın Hannover Universiteti Bitki Qidalanması İnstitutunun direktoru professor Valter Horstun dəvətilə AMEA Botanika İnstitutunun direktor vəzifəsini icra edən, b.e.d. Validə Əlizadə iştirak edib.

Simpoziumda bitki qidalanmasının fizioloji mexanizmlərinin araşdırılması, qidalanma effektivliyinin yüksəldilməsi, toksik elementlərə qarşı davamlılıq və qida keyfiyyətinin yaxşılaşdırılması sahəsində son illərdə əldə edilmiş mühüm nailiyyətlər və gələcək prespektivlər müzakirə olunub. Tədbirdə V.Əli-zadə institutda bitkilərin köklə qidalanmasının fiziologiyası sahəsində aparılan elmi tədqiqat işləri haqqında məruzə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə