Viktor Maslov: “Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardırdır” - MÜNASİBƏT
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Viktor Maslovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanla Rusiyanın yaxşı münasibətlərinin olduğunu deyən Ziyafət Əsgərov bildirib ki, ölkələrimiz arasında əlaqələr möhkəm hüquqi baza üzərində sürətlə inkişaf edir. O söyləyib ki, indiyədək əməkdaşlığa dair 100-dən çox sənəd imzalanıb, bunlar arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilələr də var. I vitse-spiker qeyd edib ki, Qəbələ RLS-in birgə istifadəsi Azərbaycanla Rusiyanın bu sahədə də uğurlu əməkdaşlığının göstəricisidir. Onun sözlərinə görə, məqsəd regionda sülhü və təhlükəsizliyi təmin etməkdir: "Gələn ilin büdcəsində müdafiə xərcləri xeyli artırılıb. Buna səbəb Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və bizim müharibə vəziyyətində olmağımızdır. Əgər Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarını boşaldarsa, biz də büdcədə hərbi xərclərin artırılmasına lüzum görmərik. Hamı bilməlidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini istənilən yolla həll edəcək".
Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırıb ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Hesab edirik ki, münaqişənin nizamlanması ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya da erməni işğalına son qoyulması üçün öz qəti sözünü deməlidir.
Görüşdə Rusiya Federasiya Şurasının nümayəndə heyətinin rəhbəri Viktor Maslov bildirib ki, artıq beş gündür Azərbaycanda səfərdədirlər. O söyləyib ki, bu müddətdə Qəbələdə və Bakıda mühüm görüşlər keçiriblər. Xüsusilə Bakı haqqında çox gözəl təəssüratları olduğunu deyən qonaq bildirib ki, burada aparılan tikinti-quruculuq işlərinə heyran qalmışıq. Rusiyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Viktor Maslov qeyd edib ki, bunun üçün qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin intensivliyini artırmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini bir daha nəzərə çatdırıb ki, bu problemin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardırlar.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı parlament seçkilərində uğurlar arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB