ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Rusiyaya səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, səfər fevralın 1-də baş tutacaq. İşgüzar səfər zamanı müxtəlif mövzular ətrafında, xüsusən də ATƏT məkanında, o cümlədən Ukraynada, Dnestryanıda, Cənubi Qafqazda regional münaqişələrin nizamlanmasına kömək məsələləri müzakirə olunacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB