“Azərbaycan bayrağı qürur mənbəyimizdir”

“Azərbaycan bayrağı qürur mənbəyimizdir”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Dünyanın ən uca bayrağı – Azərbaycan bayrağı qürur mənbəyimizdir" mövzusunda tədbir keçirilib. Universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev sentyabrın 1-də Azərbaycanda dünyanın ən uca bayrağının qaldırıldığını söyləyib.

Bayrağımızın hər zaman yüksəkdə dayanmasının hər bir azərbaycanlı üçün şərəfli olduğunu söyləyən prorektor bayrağımızın ilk dəfə 1918-ci ildə - Azərbaycan Cümhuriyyəti dövründə ucaldığını xatırladıb. O, rus imperiyasının əsarətindən qurtulandan sonra o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın yenidən ucaldığını söyləyib.

Üçrəngli bayrağımızın taleyinin heç də hamar olmadığını söyləyən tarix kafedrasının müəllimi Namiq Kərimov cümhuriyyət illərində dövlətin görməyə çalışdığı əsas işlərdən birinin üçrəngli bayrağın milli rəmz kimi qəbul edilməsi olduğunu deyib.

Tarix kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov müasir gəncliyin bayrağa, o cümlədən digər dövlət rəmzlərinə hörmətlə yanaşmalarının vacibliyindən danışıb.

Tərbiyə işləri üzrə prorektor Ə. Əliyev bir daha tələbə və gənclərə milli rəmzlərimizi dərindən öyrənərək onları sevməyi tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə