“Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında ötən gün etdiyi çıxışında qurduğu xəyallara uyğun ölkəni təqdim etmək istəyib. Onun çıxışının yalanla dolu olduğunu hamı bildi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
.jpg)
“Sarkisyanın dediyinə görə, Ermənistan inkişaf edən ölkədir, heç bir iqtisadi sıxıntısı yoxdur. O, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanı günahlandırmaq istədi. Amma nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Sarkisyana tutarlı cavablarını verdi. Yəni, Sarkisyana verilən suallar və cavablar onun iç üzünü ortaya qoymaqla yanaşı durumunu da pis vəziyyətə saldı. Hamı bilir ki, Ermənistan blokada vəziyyətindədir, iqtisadiyyatında böhran yaşayır, əhalisi aclıqdan əziyyət çəkdiyindən ölkəni kütləvi şəkildə tərk edir, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri- konstruktiv mövqe sərgiləyir. Ölkənin vəziyyəti belə acınacaqlı olan halda çıxıb AŞPA tribunasından ölkəsini tərifləmək düşünürəm ki, bunu ancaq utanmayan sifətlər edər. O sifət də əli günahsız insanların qanına batmış Sarkisyandadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB