Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya XİN rəhbəri ilə ABŞ dövlət katibi Suriya məsələsini müzakirə ediblər. Bundan başqa, onlar Koreya məsələsini, Suriyada aparılan hərbi əməliyyatlar barədə fikir mübadiləsi aparıblar.
Tərəflər BMT-nin Şimali Koreya ilə bağlı tələblərini həyata keçirməklə bağlı razılığa gəliblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB