Ərdoğan: “Bölgəmizi tamamilə terrorçulardan təmizləyəcəyik”

Ərdoğan: “Bölgəmizi tamamilə terrorçulardan təmizləyəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatının "Zeytun budağı” adlandırması məsələsinə aydınlıq gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, zeytun azadlıq müjdəçisidir: "Zeytun dinimizdə çox müqəddəsdir. Zeytun eyni zamanda azadlıq müjdəçisidir. Afrin əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək. Bölgəmizi tamamilə terrorçulardan təmizləyəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə