Fuad Ələsgərov və Zakir Həsənov cəbhə bölgəsində FOTO

Fuad Ələsgərov və Zakir Həsənov cəbhə bölgəsində FOTO

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin tapşırığına əsasən, prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də, hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə