Elxan Poluxov: “Bizə Azərbaycan vətəndaşlarının Fransanın hava limanlarından evakuasiya edilməsi ilə bağlı müraciət daxil olmayıb”
"Fransanın hava limanlarında baş verən iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarından Xarici İşlər Nazirliyinə heç bir şikayət daxil olmayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərin sualına cavabında Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Fransa hava limanlarından evakuasiyası barədə nazirliyə müraciət edən daxil olmayıb: "Lakin iğtişaşlar və hava nəqliyyatı ilə bağlı problemlər davam etsə, XİN həmişə olduğu kimi, bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımıza xəbərdarlıq edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB