Azərbaycanın daha 4 ölkədə səfirliyi açılacaq

Azərbaycanın daha 4 ölkədə səfirliyi açılacaq

Milli Məclis Azərbaycanın daha dörd ölkədə səfirlik açmasına qərar verib. SİA-nın xəbərinə görə, qərar bu gün Milli Məclisin üçüncü çağırışının son iclasında verilib. Bu ölkələr Cənubi Afrika Respublikası, Braziliya Federativ Respublikası, Vyetnam və İraqdır.

Qeyd edək ki, hazırda xaricdə Azərbaycanın 59 səfirliyi, 12 konsulluğu fəaliyyət göstərir.

İclas davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə