"İtaliyanın sədrliyi DQ-nın həllinə müsbət təsir göstərər bilər” MÖVQE

"İtaliyanın sədrliyi DQ-nın həllinə müsbət təsir göstərər bilər” MÖVQE

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədrinin İtaliyanın nümayəndəsi olması və onun da vitse-prezidentlərindən birinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərinin seçilməsi müsbət hadisədir”. Bu fikirləri SİA-ya politoloq Qabil hüseynli deyib.

Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət yanaşan təşkilat olduğunu deyən politoloqun sözlərinə görə, Ermənistan AŞPA-nın iclasında təcavüzkar, Azərbaycanın torpaqlarını qəsb edən dövlət kimi göstərilib: “Avropa Şurası Avropa strukturları arasında ilk təşkilatdır ki, Ermənistanı işğalçı kimi tanıyıb. Lakin bu halı daha da inkişaf etdirmək lazımdır. Elə etməliyik ki, Avropa Şurasında Ermənistanla bağlı qəbul edilən qərar digər beynəlxalq, Avropa Birliyinin eləcə də BMT çərçivəsində olan qurumlara təsirini göstərsin. Bununla onlar Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan, gerçəkliyə uyğun gəlməyən məqamlardan uzaqlaşa bilərlər. Hesab edirəm ki, jazırki şəraitdə buna zəmin var”.

Həm ATƏT-ə sədrliyin İtaliyaya keçməsi, həm də AŞPA-nın yeni sədrininitaliyalı deputatın Mikele Nikolettinin seçilməsinin müsbət hal olduğunu deyən Q.Hüseynli qeyd edib ki, ATƏT-in bəyanatında prioritet istiqamətlərdən birinin Dağlıq Qarabağ münaqişəsinin həlli olması İtaliyanın problemin həllinə müsbət yanaşdığını göstərir: “Ümumiyyətlə, son dövrlər Avropa ölkələrində separatizmin hökm sürməsi və İtaliyanın sepratizmin əleyhdarı olmasını nəzərə alsaq deyə bilərik ki, İtaliyanın hər iki qurumda sədrliyi Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərər bilər”.

Qeyd edək ki, ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentinin adı məlum olub. Parlament Assambleyasının bu gün başlayan qış sessiyasında italiyalı deputat Mikele Nikoletti AŞPA-nın yeni prezidenti seçilib.

Xatırladaq ki, ötən ilin oktyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. Səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə