“AŞPA bir halda münaqişənin həllinə müsbət təsir göstərə bilər” MÜNASİBƏT
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İttifaqının iki mühüm orqanlarından biridir və Avropa İttifaqına daxil olan bütün dövlətlərin nümayəndələrinin təmsil olunduğu məsləhətçi orqandır, parlamentlər arasında əməkdaşlıq yaradır”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu ilin yanvar ayından sədr, italiyalı Mikelle Nikolettidir: “Yəni hər hansı yeni sədr məlumdur ki, öz fikirləri və atacağı addımlar haqqında müəyyən açıqlamalar verir və yeni sədr də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı optimist proqnozlar verdi və münaqişənin həlli ilə bağlı mühüm addımların atılmasının vacibliyini vurğuladı. Lakin bu o demək deyil ki, tam şəkildə münaqişə həll edilə bilər. AŞPA əgər Rusiyanın Ukrayna, Krımla bağlı verdiyi bəyanatları məhz Dağlıq Qarabağla və Ermənistanın işğalçı siyasəti ilə bağlı versə bu mühüm əhəmiyyət kəsb edərdi. Bildiyiniz kimi Rusiya nümayəndə heyəti 2015-ci ildə buna görə səsvermə hüququndan məhrum edilib.
Ümumiyyətlə AŞPA-da təmsil olunan dövlətlərin nümayəndələri Azərbaycana qarşı ikili standarta yol verməsələr, problemin həllinə ancaq müsbət təsir göstərə bilərlər.Təəssüf ki, bəzən belə olmur, ayrılıqda hər bir dövlət Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanın işğalçılıq siyasətini pisləsə də, ümumi bəyanatlarda bunu əks etdirmirlər. Düşünürəm ki, bu da müvəqqətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB