Niyazi Səfərov: İnvestisiya layihələri həyata keçirilərkən kompleks məsələlər gözdən keçirilir - MÜNASİBƏT
"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2-ci dövlət proqramı çox uğurla həyata keçirilib. Bu proqram çərçivəsində mindən çox tədbir müəyyən edilib. Bu proqram kimi, bir çox proqramın həyata keçirilməsi üçün investisiya olmasa idi təbii ki, biz iqtisadiyyatın inkişafı barədə danışa bilməzdik". Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov SİA-ya açıqlamasında deyib.
Nazir müavini onu da qeyd edib ki, hər hansı bir investisiya layihələri həyata keçirilərkən kompleks məsələlər gözdən keçirilir, o cümlədən məhsulların maya dəyəri də araşdırılır.
Niyazi Səfərov onu da qeyd edib ki, yerli sahibkarlar investisiya yönümlü fəaliyyətlərdə olarkən bütün məsələlərə xüsusi diqqət yetirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB