Bu gün Milli Məclisin üçüncü çağırışının son iclası keçiriləcək. SIA-nın verdiyi xəbərə görə iclasda büdcə zərfinə daxil olan bir sıra qanunlar, həmçinin bir neçə saziş və müqavilənin təsdiqi, bir neçə qanuna əlavə və dəyişikliklərin təsdiqi gözlənilir.
Qeyd edək ki, iclasın gündəliyinə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həcmi haqqında", "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi, Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında sənədlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB