Tillerson Çavuşoğlu və Lavrovla nə haqqında danışıb?

Tillerson Çavuşoğlu və Lavrovla nə haqqında danışıb?

ABŞ-ın dövlət katibi Reks Tillerson, Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla telefon danışığı keçirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bildirib.

Nauert bildirib ki, danışıqların əsas mövzusu Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatlar olub. Onun sözlərinə görə, Suriyanın şimal-qərbindəki vəziyyət ABŞ-ı olduqca narahat edir.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb, hərbi əməliyyatın məqsədi bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləməkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə