“Türkiyə Afrində hərbi əməliyyata başlamamışdan öncə diplomatik fəaliyyət nümayiş etdirdi. İran, ABŞ, Rusiya rəsmiləri və diplomatları ilə sıx danışıqlar gedir. Fikir verin, əməliyyatın birinci günü heç bir dövlət Türkiyənin əleyhinə çıxmadı əksinə qayğılarını dilə gətirdilər ki, əməliyyatın qısa zamanda bitməsini istəyirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İran bildirir ki, Türkiyənin Suriyanı parçalamaq kimi fikri yoxdur: “Əsas odur ki, PKK və onun törmələri bölgədə neytrallaşsın. Əslində bu Suriyanın özünə də xeyirdir ki, ərazi bütövlüyü təmin olunacaq. Hesab edirəm ki, zaman keçdikcə Türkiyəyə müəyyən maneələr yaratmağa çalışacaqlar. Bu, müəyyən qədər ABŞ-dan, hətta Rusiyadan da ola bilər. Çünki Rusiya nə qədər Türkiyə ilə tərəfdaş olsa da əvvəlcədən türklərlə müəyyən təmasları var idi. ABŞ-ın özü də kürdlərə dəstək verir və onları silahla təmin edir. Çünki Türkiyənin əməliyyatına qarşı birbaşa çıxmayıb. Amma mümkündür ki, ABŞ gələcəkdə Türkiyəyə problem yaratsın. Məsələ ondadır ki, Türkiyə əməliyyatı qısa müddətdə başa çatırıb, həmin bölgələri alıb Suriya ordusuna təqdim etsə böyük çətinliklə üzləşməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB