Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB