“İqtisadiyyat hamı üçün” kitabı işıq üzü görüb

“İqtisadiyyat hamı üçün” kitabı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Aliyev və i.e.n., dosent Sadıq Əhmədovun "İqtisadiyyat hamı üçün" kitabı işıq üzü görüb. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxmış kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov, i.e.n., dosent A.Muradov, rəyçiləri i.e.d., professor M.Meybullayev, i.e.d., professor V.Vəliyev və i.e.n., dosent E.Kərimovdur.

Kitab bazar iqtisadiyyatı nəzərə alınmaqla respublikamızda gedən islahatların sürətlənməsi kontestində, iqtisadi biliklərin geniş səpgidə yayılması məqsədilə nəşr edilib. "Avropa" nəşriyyatı tərəfindən çap edilmiş kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə