Lerikdə əlil və şəhid ailələri üçün yeni bina istifadəyə verilib
Bu gün Lerik rayonunda əlil və şəhid ailələri üçün inşa olunan 16 mənzilli yaşayış binası istifadəyə verilib. Binanın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib.
SİA-nın cənub bürosunun məlumatına görə, ötən il inşasına başlanılan bina ikimərətbəli olmalqa 3 blokdan ibarətdir. Binadakı mənzillərin 2-i üçotaqlı, 14-ü isə iki otaqdan ibarətdir. İstifadyə verilən yeni yaşayış binasında əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğular quraşdırılıb, transformator yarımstansiyası, xarici rabitə, su və qaz xətləri çəkilib.
Binanın açılış mərasimində çıxş edən nazir Füzuli Ələkbərov bildirib ki, hazırda ev almaq üçün Lerik rayonunda növbəyə dayanan 107 Qarabağ əlili və şəhid ailəsinin 16-sı bu gün mənzillə təmin edilib.
Nazir əlavə edib ki, Lerikdə bu kateqoriyadan olan 6 ailə üçün isə fərdi evlər tikilir və həmin mənzillər ilin sonuna kimi sahiblərinə təhvil veriləcək. Gələn il isə şəhid ailələri və Qarabağ əlilləri üçün rayonda 32 mənzilli yeni yaşayış binasının tikilməsi planlaşdırılır.
Tədbir çərçivəsində Böyük Vətən Müharibəsi iştirakçısı, 101 yaşlı Lerik sakini Fərrux Məmiş oğlu Bəndiyevə növbdənkənar "OKA" markalı avtomobil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB