Ramiz Həsənov: “Yanacaqdoldurma məntəqələrində nöqsanlar ötən illərlə müqayisədə azalıb”- Açıqlama

Ramiz Həsənov: “Yanacaqdoldurma məntəqələrində nöqsanlar ötən illərlə müqayisədə azalıb”- Açıqlama

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə nəzarəti davam etdirir. Nəticələr göstərir ki, nöqsanlar aradan qaldırılır".

SİA-nın bölgə müxbirinin məlumatına görə, bu sözləri Gəncəyə səfəri çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramz Həsənov deyib. O əlavə edib ki, sözügedən məntəqələrdə əvvəllər keyfiyyətsiz yanacaqlar satılırdısa, indi belə hallar qeydə alınmır.

"Ölkədə belə məntəqələrin sayı çoxdur. Mən 100 faiz deyə bilmərəm ki, yanacaqdoldurma məntəqələri nöqsansız işləyir. Əgər bir neçə il bundan əvvəl 20 litr əvəzinə 10 litr yanacaq vurulurdusa, dövlət nəzarətinin tətbiqindən sonra bu kimi hallar minimuma enib. Bunu statistika göstərir", R.Həsənov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə