Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində, mərkəzi aparatında qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirilib. SİA-nın məlumatına görə, təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli "Dövlət qulluğunu tənzimləmə institutları" mövzusunda təqdimatla çıxış edib.
R.Məcidbəyli Azərbaycan Respublikasının dövlət qulluğu sistemində münasibətləri tənzimləyən hüquq institutları, onların tətbiqi məsələləri, Komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində beynəlxalq təcrübədə təzahür edən tendensiyalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB