Gəncədə "İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" movzusunda iki günlük Beynəlxalq Konfrans öz işinə başlayıb. Mədəniyyət və Turizim Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malayziya, Özbəkistan və İSESKO-dan olan nümayəndə heyətləri, həmçinin bir sıra ölkələrin Azərbaycandakı səfiirləri, müxtəlif turizm şirkətlərinin rəhbərləri iştrak ediblər.
SİA-nın bölgə müxbiri xəbər verir ki, konfransı giriş nitqi ilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin xarici turizm sektorunun müdiri Səbinə Zadayeva açıb.
Qeyd edək ki, tədbirdə əsas məqsəd İKT-yə üzv ölkələr arasında qeyri-maddi irsin təbliği və qorunması istiqamətində geniş fikir mübadiləsi aparmaq və maddi irsin təbliği yönündə quruma üzv olan ölkələrin iş prinsipi ilə tanış olmaqdır.
Ümumilikdə konfrans 4 hissədən ibarət olacaq ki, burada da İKT-yə üzv olan ölkələrin adən-ənənələri, bayram mərasimləri, musiqiləri, tətbiqi və təsviri sənət sahələri təbliğ edilir.
Konfransda iştirak edən əcnəbi qonaqlar isə daha çox unudulan və unudulmaq üzrə olan İslam adətlərinin qorunub saxlanılması və təbliğinin tərəfadarı olduqlarını dilə gətiriblər.
Tədbir iştirakçılarının sözlərinə görə, əsas məqsəd gənc nəsilə bu gün yaddaşlardan silinən adət və ənənələri çatdırmaqdır. "Qeyri-maddi irsin qorunması və təbliği İslam ölkələri üçün olduqca mühüm əhəmiyyət daşıyır. Ancaq yaxşı olar ki, unudulmaqda olanları yaşadaq və gələcək nəsillərə çatdıraq. Tarix elə gətirib ki, bizlər bu prosesi irəliyə aparmalıyıq və çalışmaılyıq ki, bizdən sonra gələn nəsillərə bütün islami həqiqətlər, dəyərlər olduğu kimi çatdırılsın", deyə İSESKO-nun Tehrandakı regional nümayəndəliyinin direktoru Abbas Sədri bildirib.
Qeyd edək ki, tədbirin Gəncədə keçirilməsinin xüsusi əhəmiyyəti var. Məlum olduğu kimi 2010-2014-cü illər üzrə elan olunan "Xalq Yaradıcılığı Paytaxtları" çərçivəsində Gəncə "Əfsanələr şəhəri" elan olunub. Konfransın dahi Nizami yurdunda keçirilməsi bu qəbildən qərara alınıb.
İKT-yə üzv ölkələrin nümayəndələri daha bir gün Gəncə şəhərində öz dövlətlərinin mədəniyyətlərini təbliğ edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB