Nazim İbrahimov: “Türkdilli ölkələr artıq dünyada cərəyan edən qlobal ictimai-siyasi və iqtisadi proseslərə təsir imkanlarına malikdirlər”
"Azərbaycan Türk dünyası arasında birliyin təmin olunmasına, əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman böyük önəm verib". Bu fikirləri İstanbulda keçirilən Dünya Türk Forumnda çıxışı zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov səsləndirib. O Türk dünyası üçün böyük əhəmiyyət daşıyan bu toplantının açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonaqlara və iştirakçılara salamlarını çatdırıb.
Dövlət Komitəsinin sədri deyib ki, müstəqililyini bəpra etdikdən sonra Azərbaycan türk dünyası ilə bağlı keçirilən bütün beynəlxalq tədbirlərin ən fəal iştirakçılarından olub, eyni zamanda bu cür tədbirlərin təşəbbüskarı və təşkilatçısı qismində çıxış edib. Nazim İbrahimov bildirib ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantıları, Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları və digər önəmli toplantılarda Azərbaycan da yaxından iştirak edib.
"Ötən dövrün ən mühüm nailiyyətlərindən biri də Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılmış addımlardır. 2007-ci il mart ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunda bu əməkdaşlığın konkret prinsip və istiqamətlərini müəyyənləşdirən "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası" qəbul edilib. Məhz bu strtaegiya əsasında bir vaxtlar yalnız arzu etdiyimiz xəyallar gerçəkliyə çevrilmiş – 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması, 2009-cu ildə Ortaq Türk televiziyasının fəaliyyətə başlaması mümkün olub" deyə Komitə sədri bildirib.
O əlavə edib ki, 2007-ci il noyabr ayının 17-19-da Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilk dəfə Türkiyədən kənarda, Bakıda təşkil olunub. Bu qurultayda Türk dünyasının qarşısında duran bir sıra mühüm problemlər müzakirə edilib, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.
Nazim İbrahimov qeyd edib ki, 2010-cu ilin sentyabrında Türkiyədə keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı bütün türk dünyası üçün tarixi əhəmiyyət daşıyan qərarların qəbulu ilə yadda qalıb.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, türk xalqları arasında birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsi qarşımızda dayanan vacib vəzifələrdəndir: "Bu gün bütün Türk dünyasının qarşısında böyük perspektivlər açılıb. Türkdilli ölkələr artıq dünyada cərəyan edən qlobal ictimai-siyasi və iqtisadi proseslərə təsir imkanlarına malikdirlər. Müasir dövrümüzün nəhəng transregional layihələrinin bir çoxu məhz türkdilli dövlətlərin iştirakı ilə reallaşmaqdadır. Bu fürsəti layiqincə dəyərləndirmək, ondan xalqlarımızın ortaq mənafeləri naminə istifadə etmək üçün Türk dünyasının birliyi böyük önəm daşıyır".
Nazim İbrahimov bildirib ki, məhz bu məqsədlə bir ay sonra-noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcək. Bu tədbirə digər türk xalqalrının gənclərinin qatılmasını da arzu edirik ki, onlar bir-birləri ilə ünsiyyətlərini daha da sıxlaşdırıb gələcəkdə uğurlu, səmərəli ortaq layihələr reallaşdıra bilsinlər.
"İnanıram ki, Dünya Türk Forumu da məhz Türk dünyasının birilyi ideyasına xidmət edəcək, türkdilli xalqların inkişafına, dünyaya inteqrasiyasına önəmli töhfələr verəcək" deyə Nazim İbrahimov forumdakı çıxışını tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB