Bakıda Qara dəniz və Xəzər dənizində gəmilərdən çirklənmənin qarşısının alınması mövzusunda seminar keçirilib
Bu gün "Park İnn" hotelində TRACECA-nın Qara dəniz və Xəzər dənizində gəmilərdən çirklənmənin qarşısının alınması mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda çıxış edən TRACECA proqramının katibi Akif Mustafayev qeyd edib ki, burada təklif olunan layihə düşünüldüyündən də genişmiqyaslıdır: "Dəniz daşımalarının təhlükəsizliyi, Qara və Xəzər dənizlərində gəmilərdən çirkləndirilmənin qarşısının alınması sahəsində vahid təhlükəsizlik idarəetmə sisteminin hazırlanması və əməkdaşlıq layihəsi Avropa İttifaqının 3,4 milyon avroluq büdcə ilə maliyyələşdirdiyi layihədir.
Layihənin 2011-ci ilin avqustunda başa çatdırılması planlaşdırılır. Layihə dəniz nəqliyyatı Qara dəniz və Xəzəryanı ölkələrdə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukraynada təhlükəsizlik və ekoloji müdafiə üzrə beynəlxalq norma və konvensiyaların qəbul edilməsi prosesinin təkmilləşdirilməsinə yönəlib.
Burada milli dəniz administrasiyalarının nümayəndələri, Azərbaycan, Gürcüstan və Ukrayna liman administrasiyaları, eləcə də layihənin Qara dəniz komissiyası və TRACECA-dan olan təşkilatçılar iştirak edir.
Bu seminarın məqsədi SASEPOL-un (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Bolqarıstan, Rumıniya və Türkiyə) birbaşa və köklü benefisarlarının MARPOL Konvensiyasının ratifikasiya edilməsinə, həyata keçirilməsinə olan çağırışdan ibarətdir".
Daha sonra Avropa İttifaqı Nümayəndəliyi Əməliyyatlar Rəhbəri Jan Lui Lavroff çıxış edərək bildirib ki, bu proqramda Azərbaycanın xüsusi rolunu vurğulayıb.
SASEPOL layihəsinin meneceri Andrey Pensko layihə ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB