AŞ PA-nın seçkiqabağı missiyası bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanatda Avropa Şurası Parlament Assembleyasının müxtəlif partiyaları təmsil edən 5 nəfər üzvündən ibarət nümayəndə heyəti Azərbaycanda 7 noyabrda baş tutacaq parlament seçkilərindən əvvəl keçirilən seçkı kampaniyasının ümumilikdə dinc şəraitdə keçməsini müsbət qarşılayıb: "Bu, keçmişdə zorakılıq və qarşılıqlı ittihamlarla kölgə altına düşən seçki kampaniyalarından müsbətə döğru uzaqlaşmaq deməkdir. Həmçinin, Mərkəzi Seçki Komissiyasının işində müşahidə olunan irəliləyişlər, MSK tərəfindən keçirilən seçiciləri maarifləndirmə proqramları, seçici siyahılarının dəqiqliyinə daha cox diqqətin yetirilməsi də təqdirəlayiqdir".
Bəyanatda bundan əvvəl keçirilən bəzi seçkilərdən fərqli olaraq Azərbaycan müxalifəti seçki kampaniyasında fəal surətdə iştirak etməsi müsbət hal kimi dəyərlədirilib: "Ayrı-ayrı namizədlərin fərdi seçki gündəliyinin olmasına baxmayaraq, müxalifət seçki blokları yaratmağa səylər göstərir. Qeyd olunmalıdır ki, seçki ittifaqlarının yaradılması bir qayda olaraq demokratiya prosesinin ayrılmaz hissəsini təşkil edir. Bundan əlavə biz qeyri-hökumət təşkilatlarının seçki prosesində iştirakı üçün yaradılan yeni imkanları alqışlayırıq".
AŞPA nümayəndə heyəti bütün müsbət hallara baxmayaraq neqativ halların mövcud olduğunu bəyantlarında göstəriblər: " Lakin, yenə də qeyd etmək lazımdır ki, AŞPA nümayəndə heyəti mahiyyət etibarı ilə siyasi ideyaların, platformaların və ya yanaşmaların yarışdığının şahidi olmayıb. Bu vəziyyət, ictimai debatların (televiziya kanallarında aparılan debatlar da daxil olmaqla) az olması faktı ilə daha da kəskinləşir, belə ki, həmin debatların aparılması seçicilərə səsvermə günü məlumatlı bir şəkildə seçim etmək imkanı verə bilər. Seçkiqabağı vəziyyətin inzibati təzyiqlər və namizədlərin qeydiyyata alınmasındakı çətinliklərlə də səciyyələndirilməsinə dair iddialar nümayəndə heyətini narahatlığına səbəb olub. Bəzi jurnalistlər və bloqqerlərə qarşı təzyiqlərin olması ilə bağlı nümayəndə heyətinin diqqətinə çatdırılan faktlar cəmiyyətdə konstruktiv dialoqun mövcud olması üçün əlverişli şərait yaratmır. Bu vəziyyətə təcili surətdə düzəliş etməyə ehtiyac var".
Azərbaycan qanunvericiliyinin ümumi seçki hüququ təmin etməsinə baxmayaraq, xaricdə yaşayan çoxsaylı azərbaycanlılar yalnız seçki günü yaşadıqları dairəyə geri döndükləri halda səsvermədə iştirak edə bilməsi kimi halları bəyanatda seçki hüquqlarının universal xarakterdaşıması prinsipinə kölgə salması kimi göstərilib: "Bundan əlavə, sağlamlığı ilə problemləri olan şəxslərin səs verməsi üçün daha yaxşı şəraitin yaradılması tələb olunur. Bu məqsədlə, məsələn, xəstəxanalarda seçki məntəqələri yaradıla bilər".
Bəyanat müəllifləri həmçinin Bakını müşahidəçilərə giriş vizası verilməsi ilə bağlı vəziyyəti düzəltməyə çağırıb: "Əşər rəsmi bəyanatlara zidd olaraq onlara aeroportda viza vermək mümkün deyilsə, bu potensial müşahidəçilərə əvvəlcədən çatdırılmalıdır ki, Bakıya səfər zamanı onlar yolda xoşagəlməz sürprizlərlə qarşılaşmasınlar".
Eyni zamanda bəyanatda göstərilib ki, nümayəndə heyəti Bakıda 18-21 oktyabr 2010-cu il tarixlərində Milli Məclis Sədrinin dəvətinə əsasən səfərdə olub və səsverməni müşahidə etmək üçün AŞPA-nın 30 nəfərdən ibarət tam tərkibli Nümayəndə heyətinin tərkibində geri qayıdacaq. Nümayəndə heyəti Azərbaycan Prezidenti cənab Heydər Əliyev, Mərkəzi Seçki Komissiyasının Sədri, Konstitusiya Məhkəməsinin Sədri, Daxili İşlər Naziri, eləcə də müxtəlif siyasi partiyaların və seçki bloklarının, vədəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşüb. Bundan əlavə Nümayəndə heyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri və diplomatik korpusun təmsilçiləri ilə də müzakirələr keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB