AŞPA həmməruzəçiləri gələn ilin yanvarında Azərbaycana səfər edəcəklər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri noyabrın 7-də keçiriləcək parlament seçkilərini müşahidə etdikdən bir müddət sonra - gələn ilin yanvarında Azərbaycana yenidən səfər edəcəklər. Bunu ispaniyalı həmməruzəçi Pedro Aqramunt fon de Mora AŞPA-nın Azərbaycanda parlament seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyasının səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, yanvar sessiyasında Azərbaycanla bağlı məsələ qaldırılmayacağını söyləyib: "Son hesabat bu yaxınlarda – yayda hazırlanıb. Biz yanvar ayında Azərbaycana gələcəyik, lakin hələlik dəqiqi tarix müəyyənləşməyib".
Azərbaycanda siyasi partiyaların sayının çox olduğunu bildirən ispaniyalı diplomat məntəqələrdə yerli müşahidəçilərin az olduğunu bildirib: "İspaniyada cəmi 3 siyasi partiya var və onlar çox yaxşı təşkilatlanıblar. Həmçinin mən dördüncü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edirəm. Seçki məntəqələrində əsas sual həmişə bundan ibarət olur: yerli müşahidəçilər haradadır? Məntəqələrdə həmişə eyni partiyadan 5-6 adam olur, yaxud da heç kim olmur".
Qeyd edək ki, P. Aqramunt fon de Mora AŞPA-nın yay sessiyasında Azərbaycan üzrə həmməruzəçi təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB