Bu gün İstanbulda "Grand Cevahir Hotel"de Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu başlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edir.
Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Dövlət Komitəsinin nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri də qatılıblar. Onların arasında Avropa Azərbaycanərbaycanlıları Konqresinin prezidenti Başar Kömur, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova, Türkiyə- Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, BƏƏ-dəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov, Azərbaycanlıların və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin Özbəkistandakı nümayəndəsi və Orta Asiya üzrə əlaqələndiricisi Akif Ağatalıbov, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov və digər diaspor təşkilatları rəhbərləri var.
Forumu TASAM-ın direktoru Engin Selcuk açıb. O forumun keçirilməsi zərurəti, müzakirə olunacaq məsələlər barədə məlumat verib. E.Sekcuk həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın foruma təbrik məktubunu da tədbir iştirakçılarına çatdırıb.
Sonra çıxış edən TASAM sədri Süleyman ŞENSOY rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib.
Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə öz çıxışında Türk Dövlətləri başçılarının zirvə görüşlərinin tarixi, türk xalqlarının əməkdaşlığına verdiyi töhfələr, 2009-cu ildə bu əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yaradılan Türk Şurası haqqında danışıb. Onun sözlərinə görə, Şuranın Baş Katibliyinin İstanbulda yerləşməsi bu şəhərin türk dünyasının ən önəmli şəhəri olduğu anlamına gəlir. Dünya Türk Forumunun da məhz İstanbulda keçirilməsi də məhz bu baxımdan rəmzi bir məna daşıyır.
TürkPA-nın baş katibi Ramil Həsənov öz çıxışında bildirib ki, türk xalqları əməkdaşlığının parlamentlər diplomatiyasi formatında da inkişaf etdirmək zərurətindən doğan bu qurum 2008-də yaradılıb. Bu təşkilat türk dövlərlərində və xalqlar arasında dostluq və sülhü təmin etməklə hər sahədə işbirliyi həyata keçirilməsi üçün fəaliyyət göstərir. TürkPA dünyanın bir çox parlament birlikləri ilə əməkdaşlıq edir.
Forumun açılış hissəsi davam edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB