Azərbaycanla Avstriya arasında Qarışıq Komissiyanın 6-cı iclası öz işinə başlayıb - TƏDBİR

Azərbaycanla Avstriya arasında Qarışıq Komissiyanın 6-cı iclası öz işinə başlayıb - TƏDBİR
Bu gün paytaxtda Azərbaycanla Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 6-cı iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, komissiyanın həmsədrləri və üzvləri iclasdan öncə Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan və Avstriya respublikaları arasında Qarışıq Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə federal iqtisadiyyat, ailə və gənclər nazirinin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya üzrə müavini Jozef Mayendir. Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, iqtisadi inkiaf nazirinin müavini Sevinc Həsənova, kənd təsərrüfatı nazirinin müaviuni Bəhram Əliyev, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, maliyyə nazirinin I müavini İlqar Fətizadə, Avstriya nümayəndə heyətinə isə Avstriyanın Azərbaycandakı səfiri Sylvia Meier-Kajbic, iqtisadiyyat, ailə və gənclər üzrə Federal Nazirliyinin Mərkəzi və Şərqi Avropa, Avropa İttifaqının genişlənməsi üzrə idarənin direktoru Franz Wessing, beynəlxalq enerji siyasəti idarəsinin eksperti Christoph Mayer, Avstriya Federal İqtisadi Palatasının Bakıdakı Marketinq ofisinin rəhbəri Sabir Məmmədov daxildir. İclasda iki ölkə arasımda iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya üzrə qarşılıqlı əməkdaşlığın vəziyyəti, əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər müzakirə olunub.

Tədbirdə ilk öncə tərəflər iclasın gündəliyi barədə razılığa gəliblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 2009-cu ildə Azərbaycan və Avstriya respublikalarının qarışıq komissiyasının yeni tərkibi təsdiqlənib və bu gün komissiyanın 6-cı təşkil olunub. Onun sözlərinə görə, son illərdə Azərbaycan Avstriya arasında sosial-iqtisadi münasibətlər inkişaf edir. "Azərbaycanın sosial-iqtisadi inkişafı bir çox ölkələrin diqqət və marağına səbəb olub. Ölkəmizdə bu inkişaf təbii sərvətlərə əsaslanır. Lakin indi əsas məqsədimiz təbii sərvətlərə əsaslanan iqtisadiyyatın texnologiyaya əsaslanan iqtisadiyyata keçiddidir. Qeyd etməliyəm ki, ümumdünya maliyyə böhranı Azərbaycan hökümətinin əvvəlcədən gördüyü tədbirlər nəticəsində ölkə iqtisadiyyatına elə də ciddi təsir göstərmədi. Ölkədə Neft Fondunun yaradılması iqtisadiyyatı bu böhrandan qorudu. Hazırda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi qiymət verilir. Hazırda qeyri-neft sektorundan gələn gəlir neft sektorundan gələn gəliri 2 dəfə üstələyir. Bu istiqamətdə Avstriya ilə əlaqələrə böyük qiymət veririk. İnanırıq ki, belə əlaqələr iki ölkə arasındakı iqtisadiyyatın inkişafına köməklik göstərəcək", - deyə o əlavə edib.

Jozef Mayer isə öz çıxışında bildirib ki, Azərbaycan Avstriya üçün çox maraqlı bir bazardır və bu ölkə ilə əməkdaşlığa hər zaman hazırdır. Onun sözlərinə görə, bu iclasların təşkilində məqsəd iki ölkə arasında hansı sahələrdə əlaqələr qura biləcəyimizi müəyyənləşdirməkdir. Avstriyanın iqtisadi vəziyyəti barədə məlumat verən J.Mayer bildirib ki, ölkədə 2 % ümumdaxili məhsulun artımı gözlənilir: "Hazırda inflasiyanın səviyyəsi 1,9 %-dir. Gələn il isə bu inflasiyanın 2,1 %-ə qədər qalxmasını gözləyirik. Ölkədə işsizliyin səviyyəsi isə 4,4 %-dir. Bu göstəricilərin qarşısını almaq üçün bir sıra prpqramlar həyata keçirilir və inanırıq ki, gələcəkdə rəqəmlər azalacaq".

İclasın davamında komissiya ölkələrin iqtisadi vəziyyəti, ikitərəfli iqtisadi münasibətlərin vəziyyəti və inkişafı, ikitərəfli əməkdaşlıq sahələri (ətraf mühit texnologiyaları və təbiətin mühavizəsi, kənd təsərüffatı, turizmin, gənclər və idman), Azərbaycanın və Avropa İttifaqı arasındakı əməkdaşlıq, Azərbaycanın ÜTT-yə qəbulu və digər bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün 17.00-da Qarışıq Komissiyanın altıncı iclasın yekunlarına dair protokol imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə